Ən son xəbərlər:

19.04.2023/ 18:05 / Brent markalı neftin qiyməti 83 dollardan aşağı düşüb

Brent markalı neftin qiyməti 83 dollardan aşağı düşüb.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin iyun fyuçersləri martın 31-dən bəri ilk dəfə bir barel üçün 83 dollardan aşağı düşüb.

TASS-ın məlumatına görə, Brent markalı neftin bir barelinin qiyməti 2,19% azalaraq 82,91 dollar olub.

WTI markalı xam neftin iyun fyuçersləri 2,03% ucuzlaşaraq 79,26 dollar/barel təşkil edib.

Bundan əvvəl Milli Enerji Təhlükəsizliyi Fondunun analitiki İqor Yuşkov neftin yüksək qiymətinin Qərb ölkələrində inflyasiyaya təkan verəcəyi ilə bağlı fikirlərini bildirmişdi.