Ən son xəbərlər:

19.04.2023/ 09:37/ Cənubi Koreya prezidenti Ukraynaya hərbi yardım göstərmək imkanını istisna etmir

Cənubi Koreya prezidenti Ukraynaya hərbi yardım göstərmək imkanını istisna etmir.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Cənubi Koreya prezidenti Yun Sok Yeol ilk dəfə olaraq Ukraynaya hərbi yardım göstərilməsinin mümkünlüyünü etiraf edib, – Reuters bu barədə xəbər verir.

Beynəlxalq ictimaiyyətin dözə bilməyəcəyi bir vəziyyət yaranarsa, məsələn, mülki əhaliyə qarşı hər hansı genişmiqyaslı hücum, qırğınlar və ya müharibə qanunlarının ciddi şəkildə pozulması, bizim üçün təkcə humanitar və ya maliyyə dəstəyində israr etmək çətin ola bilər, – siyasətçi agentliyə müsahibəsində belə bildirib.

Qeyd olunur ki, Cənubi Koreya tərəfi ilk dəfə olaraq Ukraynaya silah tədarük etməyə hazır olduğunu bildirib.

Mart ayında Polşanın baş naziri Mateusz Morawiecki bildirmişdi ki, Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələri üçün Cənubi Koreyadan artilleriya sursatları almağa çalışacaq.

Eyni zamanda Cənubi Koreyanın baş naziri Han Dok Su qeyd edib ki, Cənubi Koreya hələlik Ukraynaya silah göndərməyə hazır deyil.