Ən son xəbərlər:

19.04.2023/08:39/ Samuxda Təhsildən yayınma hallarının qarşısının alınması mövzusunda tədbir keçirilib

Samuxda Təhsildən yayınma hallarının qarşısının alınması mövzusunda tədbir keçirilib.

xeberaz.info Samux Rayon İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, 18 aprel 2023-cü il tarixində, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası Polis şöbəsinin əməkdaşları ilə birlikdə “Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda Samux rayon Qarayeri qəsəbə 2 saylı orta məktəbdə tədbir keçirib. Samux Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Emin Şəmmədov çıxışında rayonun ümumtəhsil məktəblərində təhsildən yayınan şagirdlərin dərsə davamiyyətinin təmin olunmasının, onların təhsil keyfiyyətinin səmərəliliyinin artırılmasının, bu istiqamətdə ümumtəhsil məktəblərinin əməli fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Bundan sonra dərsdən yayınma səbəbləri şagirdlərlə müzakirə edilib və onlara təlimedici məssləhətlər verilib. Bu səbəblərin həllinə yönlənərkən bir sıra təkliflər ortaya qoyulub və onların təhsilə cəlb edilməsi üçün tədbirlər tətbiq ediləcəyi bildirilib. Emin Şəmmədov, bir qrup aztəminatlı ailəyə rayon İcra Hakimiyyəti tərəfindən verilən yardımlar haqqında məlumat verib və bunun məktəblərdəki şagirdlərin dərsə davamiyyətlərini nəzarətdə saxlanılamağa kömək edəcəyini vurğulayıb.

Samux rayonu Polis Şöbəsinin Şəxsi Heyətinin işləri üzrə rəis köməkçisi, polis polkovnik-leytenantı Arzu Məmmədov, erkən nikah hallarının aşkarlanması istiqamətində əldə edilən statistik məlumatlara əsasən, rayon və kəndlərdəki erkən nikaha sövq edilən qızların əksəriyyətinin təhsildən yayınan qız uşaqları olduğunu qeyd edib. Bu səbəbdən, şəhər və kənd bələdiyyələrinin yaxın monitorinq qruplarının fəaliyyətini sürətləndirmək lazım olduğunu bildirib.