Ən son xəbərlər:

19.04.2023/07:35/ Şəmkirdə dini radikalizmlə bağlı seminar keçirildi

Şəmkirdə dini radikalizmlə bağlı seminar keçirildi.

xeberaz.info Şəmkir Rayon İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, Şəmkirdə dini radikalizmlə bağlı seminar keçirilib. Şəmkir RİH əməkdaşı Ruhid Hacıyev, Tovuz Regional şöbəsinin əməkdaşı Rasim Tağıyev, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları, müəllim və şagirdlər tədbirdə iştirak etmişlər. Tədbirdə, təhsilin dini radikalizmə qarşı mübarizədəki rolu vurğulanmış və bu istiqamətdə təhsilin çox vacib olduğu qeyd edilmişdir.

Mövzu ilə bağlı şagirdlər tərəfindən suallar verilmiş və bu suallara cavablar alınmışdır.

Belə tədbirlərin keçirilməsi, ölkəmizdə dini radikalizmin yayılmasına qarşı mübarizənin aparılmasında təhsilin  önəmli rol oynaması  çox vacib bir məsələ kimi qeyd edilib.