Ən son xəbərlər:

19.04.2023/ 06:59/ Ukrayna ərzaq məhsullarının Polşa ərazisindən tranzitinin bərpasına Varşava icazə verib

Ukrayna ərzaq məhsullarının Polşa ərazisindən tranzitinin bərpasına Varşava icazə verib.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ukrayna ötən həftənin sonunda dayandırılmış Ukrayna ərzaq məhsullarının Polşa ərazisindən tranzitinin bərpasına dair Varşava ilə razılığa gəlib. Bunu çərşənbə axşamı Ukrayna baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko Polşa hökumətinin nümayəndələri ilə Varşavada danışıqlardan sonra deyib.

Danışıqların nəticələrinə əsasən qərara alınıb ki, Ukrayna kənd təsərrüfatı mallarının Polşa ərazisindən tranziti bu il aprelin 21-dən aprelin 22-nə keçən gecə blokdan çıxarılsın.

Bu barədə RBC Ukrayna Sviridenkonun sözlərini sitat gətirib.