Ən son xəbərlər:

19.04.2023/ 06:09/ Moldova fermerləri Ukraynadan taxıl idxalını müvəqqəti dayandırmağı tələb ediblər

Moldova fermerləri Ukraynadan taxıl idxalını müvəqqəti dayandırmağı tələb ediblər.

xeberaz.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moldova fermerləri Ukrayna taxılının idxalını məhdudlaşdırmağı tələb edib və Bolqarıstan, Polşa və Rumıniyadakı fermerlərin etirazları ilə həmrəy olduqlarını bildiriblər. Bu bəyanatla çərşənbə axşamı Moldovanın “Farm Power” Assosiasiyası çıxış edib.

Biz Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyindən kənd təsərrüfatı məhsullarının qiymətlərindəki böhranla bağlı Şərqi Avropa ölkələrinin səlahiyyətli orqanlarının danışıqlarına təcili qoşulmasını və fermerlərə subsidiyaların alınması və ya müvəqqəti məhdudlaşdırılması üçün bütün lazımi səyləri göstərməsini tələb edirik, – məlumatda belə deyilir.