Ən son xəbərlər:

17.04.2023/17:48/ Şəmkirdə icra başçısı fermerlərlə görüşdü

Şəmkirdə icra başçısı fermerlərlə görüşdü.

xeberaz.info Şəmkir Rayon İcra Hakimiyyətinin məlumatına istinadən bildirir ki, Şəmkir rayonu, Respublikanın ən böyük kənd təsərrüfatı rayonlarından biridir və son illərdə kənd təsərrüfatının əksər sahələri kimi meyvəçilik sahəsində də inkişaf etməkdədir. Rayonda, kənd təsərrüfatının genişləndirilməsi və növlərin artırılması üçün sahibkarlara dəstək göstərilir.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, yerli sahibkarlarla mütəmadi olaraq görüşlər keçirir, təsərrüfat sahələrində yaradılan şəraitlərə baxır və onların arzularını dinləyir.

Məlumat üçün qeyd edirik ki, Şəmkir rayonunda 4573.4 hektar meyvə və giləmeyvə bağları mövcuddur, bunlardan 94 hektarı 2022-ci ildə salınmışdır. Rayon ərazisində 3395.4 hektar meyvə verən yaşda olan bağlar yerləşir. Keçən il həmin sahələrdən 85393.5 ton məhsul istehsal olunmuşdur. Rayon üzrə əsasən xurma, alma, armud, gilas, şaftalı, heyva və digər meyvə bağları mövcuddur.

Şəmkir rayonunda ayrıca 558 hektar üzüm bağları da yer alır. Keçən il bu bağlardan 11965.9 ton, əhali təsərrüfatlarında mövcud talvar üzümündən isə 22169.0 ton məhsul yığılmışdır. Rayon üzrə cəmi 34134.9 ton üzüm istehsal olunmuşdur.