image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-sumqayit-avtobus

53 yaşlı kişi avtobusda qəfil öldü

image-legitimaz-810x90

Sumqayıt şəhərində sərnişin avtobusunda ölüm hadisəsi baş verib.

Xeberaz.info Teleqraf-a istinadla xəbər verir ki, 1973-cü il təvəllüdlü Azər Həbib oğlu Avdilov Ceyranbatan bağları istiqamətində hərəkət edən 9 nömrəli marşrut xəttində olarkən qəfil dünyasını dəyişib.

Bildirilib ki, sərnişin kimi avtobusda olan şəxsin səhhəti qəfil pisləşib. Hadisə yerinə çağırılan müvafiq xidmət əməkdaşları onun həyatını xilas edə bilməyiblər.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki