image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ferid-sahverdiyev

“Zirə”nin dənizdə batan futbolçusunun meyiti tapıldı

image-legitimaz-810x90

Böyük kədərlə bildirmək istəyirik ki, akademiyamızın üzvü Fərid Şahverdiyev vaxtsız olaraq aramızdan ayrılıb.

Xeberaz.info” xəbər verir ki, bu barədə “Zirə” futbol klubunun mətbuat xidmətindən məlumat yayılıb.

“U-16 komandamızın futbolçusu bu gün çimərlikdə boğularaq vəfat edib. “Zirə” PFK mərhuma Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüzünlə başsağlığı verir və səbir diləyir!, – başsağlığında qeyd olunub.

***

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən bir kilometr aralı, nəzarətsiz ərazidə) batan bir nəfərin (uşaq) axtarışları başa çatıb. Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, tapılan meyit “Zirə” futbol akademiyasının üzvü Fərid Şahverdiyevə məxsusdur.

Qeyd edək ki, o, U-16 komandasının üzvü olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki