image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1701016819_qandal_saxlanilmaq

Zərdabda toyda xuliqanlıq edən üç nəfər saxlanıldı

image-legitimaz-810x90

Zərdab rayonunda toyda xuliqanlıq edən şəxslər saxlanılıblar.

Xeberaz.info – nun məlumatına görə, hadisə sentyabrın 7-də rayonun Burunlu kəndi ərazisində baş verib.

Kənd ərazisində keçirilən toy mərasimində üç nəfər xuliqanlıq edib.

Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin əməli törədən Fərhad Quliyev, Habil İsgəndərov və oğlu Coşqun İsgəndərov saxlanılıblar.

Faktla bağlı RPŞ-də Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki