image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-7d5942f42b78175b89b49caedfb37b3a

Zelenski Rusiyanın Ukraynaya qarşı “Oreşnik” raketindən istifadə etdiyini təsdiqlədi

image-legitimaz-810x90

Ukrayna prezidenti gecə saatlarında həyata keçirilən kütləvi hücumla bağlı yeni detallar açıqlayıb.

Xeberaz.info xəbər verir ki, Volodimir Zelenskinin sözlərinə görə, Rusiya bir gecə ərzində Ukraynaya qarşı 242 pilotsuz uçuş aparatı, 13 ballistik raket, o cümlədən orta mənzilli “Oreşnik” ballistik raketi, həmçinin 22 qanadlı raket tətbiq edib.

Ukrayna lideri bildirib ki, hücumlar əsasən enerji obyektlərinə və mülki infrastruktura yönəlib və bu, ölkədə kəskin soyuqların başladığı bir vaxta təsadüf edir.

“Bu zərbələr sadə vətəndaşların həyatına qarşı yönəlib”, — deyə Zelenski vurğulayıb.

Prezidentin sözlərinə görə, hücumlar zamanı Rusiya dronu Kiyevdə Qətər səfirliyasının binasına da ziyan vurub. Bu barədə o, özünün Telegram kanalında məlumat yayıb.

Rəsmi Kiyev hücumları beynəlxalq hüququn kobud pozuntusu kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti Rusiyanın hərəkətlərinə sərt reaksiya verməyə çağırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki