image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-84fe903088fed245ed45a142dd2fc44a

Zelenski: Çin Putinə nüvə silahı ilə bağlı ultimatum verib

image-legitimaz-810x90

Çin Rusiyanı Ukraynaya qarşı nüvə silahından istifadə etməkdən çəkindirib.

Musavat.com Politico saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir  Zelenski bildirib.

Xeberaz.info xəbər verir ki, Zelenskinin sözlərinə görə, o, bu barədə Ankarada keçirilən NATO sammiti zamanı Avropa liderlərindən məlumat alıb.

Ukrayna lideri qeyd edib ki, Rusiya mediasında Ukraynanın zərbələrinə cavab olaraq nüvə silahından istifadə ilə bağlı çağırışlar səslənsə də, Pekin buna sərt reaksiya verib.

“Çin ilk dəfə birbaşa, demək olar ki, ultimatum formasında bildirdi ki, nüvə silahından istifadə barədə heç düşünmək belə olmaz”, – deyə Zelenski vurğulayıb.

Onun sözlərinə görə, NATO sammitində Avropa liderləri ilə Çinin Ukraynadakı müharibənin başa çatdırılmasındakı mümkün rolu da müzakirə olunub. Zelenski əlavə edib ki, bu məsələni ABŞ Prezidenti Donald Trampla da müzakirə etsə də, söhbətin məzmununu açıqlamaq istəməyib.

Qeyd edək ki, Rusiya son aylarda Belarusda nüvə qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirsə də, Prezident Vladimir Putin indiyədək Ukraynaya qarşı nüvə silahından istifadə ilə bağlı birbaşa hədə səsləndirməyib. Bununla belə, Rusiyada bəzi siyasətçilər vaxtaşırı Kiyevə nüvə zərbəsi endirilməsi ilə bağlı çağırışlar edirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki