image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-9f30c9c9cf4abf74f4bafa63c0af4c85

Zelenski ABŞ-la Ukraynanın bərpası planını müzakirə edib

image-legitimaz-810x90

Dekabrın 10-da Ukrayna prezidenti Vladimir Zelenski ABŞ maliyyə naziri Skott Bessent, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və BlackRock şirkətinin baş direktoru Larri Fink ilə videokonfrans danışıqları aparıb.

”Xeberaz.info”  Britaniyanın “Financial Times” qəzetinə istinadən xəbər verir  ki, danışıqlar zamanı Ukraynanın müharibədən sonrakı yenidən qurulmasını müzakirə edilib. Qəzet məlumatı söhbət zamanı çəkilmiş və Zelenskinin sosial media səhifələrində dərc olunmuş fotoşəkilləri təhlil edərək yayıb.

Qeyd olunur ki, Ukrayna tərəfindən müzakirədə Baş nazir Yuliya Svırıdenko, xarici işlər naziri Andrey Sibiha, hökumətin digər üzvləri və sülh danışıqları aparan nümayəndə heyətinin nümayəndələri də iştirak ediblər. Söhbət Ukrayna münaqişənin sona çatması üçün layihə planını təqdim edərkən baş tutub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki