image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1718387687-qeza-4-620x403

Yevıaxda ağır qəza baş verib, ölən və xəsarət alan var

image-legitimaz-810x90

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

”Xeberaz.info”-nun məlumatına görə, hadisə Xaldan şossesində qeydə alınıb. Belə ki, “Mersedes” markalı avtomobil qoşqulu mini traktora çırpılıb. Nəticədə  traktorda olan 1955-ci il təvəllüdlü Hacıselli kənd sakini Kazımov Hacıbala Ədil oğlu və 1959-cu il təvəllüdlü həyat yoldaşı Kazımova Fəxriyyə Aslan qızı ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Ölümcül vəziyyətdə olan qadının həyatını xilas etmək mümkün olmayıb. H. Kazımovun isə vəziyyəti ağır qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki