image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1752934633_44af4cfa0665ccc1b2fb23ba3dc1b4b3

Yaşıl gündəliyimiz çox genişdir

image-legitimaz-810x90

Yaşıl gündəliyimiz çox genişdir

“Yaşıl enerji”nin istehsalı üçün yeni texnologiyaların tətbiqi “yaşıl iq­tisadiyyat”ın inkişafı, onun tərkib hissəsi kimi “yaşıl enerji”dən istifadə olunması ekoloji riskləri və çatışmazlıqları azaldan vasitələrdən biri kimi aktuallaşıb.  Dünyanın müxtəlif ölkələrində bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı­nın həcmi artır və bu prosesin yaxın gələ­cəkdə daha da sürətlənəcəyi proqnozlaş­dırılır.  Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin proqnozlarına görə, alterna­tiv enerji mənbələrinə keçid karbon qazı emissiyasının azaldılması ilə yanaşı, so­sial-iqtisadi inkişafa təkan verəcək. Qlo­bal iqlim dəyişikliyinin qarşısının alınması üçün 2050-ci ildən sonrakı dövrdə karbon qazı emissiyasının minimum həddə endi­rilməsi nəzərdə tutulur.

“Yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas is­tiqamətlərindən birini təşkil edir. Ölkənin enerji balansında “yaşıl enerji” mən­bələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindəndir. Azərbaycan “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayəçilərlə fəal əməkdaşlıq edir.  Prezident cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “yaşıl enerji” mə­kanının yaradılmasına böyük əhəmiyyət verilir. Sənəddə “yaşıl texnologiyalar”ın tətbiqinin genişləndirilməsi, elmi-texniki potensiala əsaslanmaqla iqtisadiyyatın bütün sahələrində alternativ və bərpaolu­nan enerji mənbələrinin istehlakda payı­nın artırılması nəzərdə tutulur.  2022-ci ildə Azərbaycan, Gürcüs­tan, Rumıniya və Macarıstan Hökumət­ləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Bu sənədə əsasən, Xəzər dənizində istehsal olu­nacaq “yaşıl enerji”nin Avropaya ixracı nəzərdə tutulub. Birləşmiş Ərəb Əmirliklərinin “Mas­dar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Ma­ire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə Azərbaycanda bərpaolunan enerji isteh­salına dair müqavilələr imzalanıb. Bundan əlavə, Azərbaycanda bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə Dünya Bankı, Avropa Yenidənqurma və İn­kişaf Bankı, Asiya İnkişaf Bankı kimi bey­nəlxalq-maliyyə təşkilatlarının dəstəyi ilə layihələrin həyata keçirilməsinə başlanılıb.  Qarabağ və Şərqi Zəngəzur, həmçi­nin Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan olunub. Bu ərazilər yüksək potensiala malik olan “yaşıl enerji” mənbələrinə malikdir. Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələ­ri Dövlət Agentliyinin məlumatına görə, Tərtərçay və Həkəri kimi çayların qolla­rında böyük hidroenerji imkanlar mövcud­dur. Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında texniki potensialı 7200 MVt-dan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şərait var. İlkin proqnozla­ra görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisi 2 min MVt həcmində texniki potensiala malikdir. Kəlbəcər və Şuşa rayonlarında geotermal enerji mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları mövcuddur. Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bioenerji kimi bərpaolunan enerji potensialı var.  “Yaşıl enerji” mənbələrindən enerji is­tehsalı iqlim dəyişikliyinin və qlobal istiləş­mənin qarşısının alması üçün vacibdir. “Yaşıl enerji” istehsalı enerji təhlükəsizliyi­nin təmin olunmasında özünəməxsus yer tutur, yeni texnologiyaların və innovasiya­ların inkişafına təkan verir. Azərbaycan Respublikası coğrafi baxımdan əlverişli “yaşıl enerji” potensialına malikdir və on­dan səmərəli şəkildə istifadə edilməsi is­tiqamətində məqsədyönlü dövlət siyasəti aparılır.

Qocayev Rövşən – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki