image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1752934630_76cd0ccd1ea24c2647b3f1d932f37ae0

Yaşıl gündəliyimiz çox genişdir

image-legitimaz-810x90

Yaşıl gündəliyimiz çox genişdir.

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumundakı çıxışında bildirdi ki, ölkəmiz COP29-da Qlobal Şimal və Qlobal Cənub arasında əməkdaşlıq platforması yaratmağa çalışıb və bunun öhdəsindən uğurla gəlib. Sədrliyimiz çətin, amma səmərəli müzakirələrə şərait yaradaraq razılaşdırılmış mövqelərin əldə olunmasına imkan verdi. Azərbaycan “Yaşıl Keçid Proqramı” çərçivəsində iddialı məqsədlər qarşısına qoyub. Ölkəmiz 2030-cu ilə qədər 6 giqavatdan çox bərpa olunan enerji istehsalını hədəfləyir. Artıq Qarabağ və Şərqi Zəngəzurda 30-a yaxın kiçik su elektrik stansiyası istifadəyə verilib. Bu, regionun “yaşıl enerji zonası”na çevrilməsi deməkdir. Günəş və külək enerjisi sahəsində də iri layihələr həyata keçirilir. Lakin Prezident İlham Əliyev qeyd edib ki, bu keçid birtərəfli olmamalıdır. Yəni, nə neft və qaz tamamilə kənarda qalmalı, nə də onların əhəmiyyəti azaldılmalıdır. Azərbaycan üçün neft və qaz strateji resurslardır və onlar uzun müddət iqtisadi sabitliyin, sosial inkişafın və enerji təhlükəsizliyinin təməlini təşkil edəcək. Eyni zamanda bu resurslardan əldə edilən gəlirlər yaşıl enerji infrastrukturuna yatırılır ki, bu da balanslı və məsuliyyətli siyasətin təzahürüdür. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, ətraf mühitin qorunması üzrə öhdəliklər yalnız inkişaf etməkdə olan ölkələrin üzərinə qoyulmamalıdır. Ən çox çirkləndirici emissiyalara səbəb olan dövlətlər öz üzərlərinə daha böyük məsuliyyət götürməlidirlər. Bu fikir həm COP29, həm də Şuşada keçirilən forumlarda dəfələrlə vurğulanıb. “Yaşıl gündəliyimiz çox genişdir. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Beləliklə, yaşıl gündəliyimiz həqiqətən çox genişdir. Eyni zamanda, Azərbaycanın mesajı ondan ibarət idi ki, biz həmin məsələyə realist və praqmatik yanaşmalıyıq. Hamımız anlayırıq ki, biz planeti qorumalıyıq. Lakin ətraf mühit böhranına ən çox rəvac verənlər, yəqin ki, bu yükü öz üzərinə götürməlidirlər. İqlim dəyişmələri ekzistensional əhəmiyyət daşıyan, inkişaf edən kiçik dövlətlərə gəldikdə, onlara güclü dəstək lazımdır. Biz bunu planlaşdırırdıq və etməyə çalışırdıq. İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə bağlı xüsusi sessiyamız oldu. Azərbaycan ən az inkişaf etmiş ölkələrdə iqlim dəyişmələri məsələlərinin həlli üçün xüsusi fonda 10 milyon ABŞ dolları ayırdı. Lakin düşünürük ki, siz faydalı qazıntıları diqqətdən kənarda qoya bilməzsiniz. Çünki yaxın gələcəkdə onlarsız dünya yaşaya bilməz, iqtisadiyyat işləyə bilməz, təyyarələr uça bilməz və hər bir şey dayanar. Beləliklə, biz reallığın bu tərəfini də görməliyik. Biz “Yaşıl Keçid Proqramı”nı həyata keçiririk. Lakin, eyni zamanda, anlayırıq ki, neft və qaz olmadan inkişafı, gələcəyimizi planlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq. Bizim üçün çətin an və mürəkkəb müzakirələr oldu. Lakin düşünürəm ki, sədrliyimiz yaxşı anlaşmanı təmin etdi. Bir sözlə, öz rolumuzu Qlobal Cənub və Qlobal Şimal arasında körpü kimi gördük. Düşünürəm ki, bunun öhdəsindən gələ bildik.”

Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki