image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-500802295_1255724579240651_6151697497573253889_n

Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!

image-legitimaz-810x90

Yaşasın Azərbaycan-Türkiyə-Pakistan birliyi və qardaşlığı!

Bircə faktı qeyd etmək kifayətdir ki, azad edilmiş ərazilərimizdə tikintisi nəzərdə tutulan üç Beynəlxalq Hava Limanının açılışı Azərbaycan və Türkiyə Prezidentlərinin birgə iştirakı ilə həyata keçirildi. Dünya növbəti dəfə mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılışında bu birliyin şahidinə çevrildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sözügedən Zirvə görüşündəki çıxışında diqqəti bu mühüm hadisəyə yönəldərək bildirdi ki, Laçın Hava Limanının bölgənin uzun illərdən bəri həsrət qaldığı inkişafa və dünya ilə inteqrasiyasına mühüm töhfə verəcəyinə inanıram”.Eyni zamanda Azərbaycan-Pakistan münasibətləri də möhkəm təməl üzərində yüksələn xətlə inkişaf edir: “Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmaqla yanaşı, həm də keçmiş Qarabağ münaqişəsində Azərbaycanın haqq səsini dünyaya çatdıran önəmli tərəfdaşdır. 2020-ci il Vətən müharibəsində Pakistanın Azərbaycanın yanında olması, siyasi dəstək verməsi qardaşlıq əlaqələrinin ən parlaq nümunəsidir. Bu hadisə həm də iki ölkənin strateji tərəfdaşlıq baxımından nə qədər möhkəm bağlandığını nümayiş etdirdi. Azərbaycan-Pakistan əlaqələri yalnız siyasi və iqtisadi tərəfdaşlıq deyil, həm də iki qardaş xalqın səmimi dostluğunun ifadəsidir. Bu münasibətlər gələcəkdə yeni yüksəlişlərə doğru gedərək, regionda sülhün və əməkdaşlığın möhkəmlənməsində böyük rol oynayacaq”.Bu gün Azərbaycan-Türkiyə-Pakistan birliyi qlobal geosiyasi gücün təzahürüdür: “Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında yüksək səviyyəli görüşlərin təşkil olunması, bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir. 2024-cü ilin iyulunda Astanada keçirilən üçtərəfli görüş bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə keçirilən həmin görüş üç qardaş ölkənin qarşılıqlı siyasi dəstəyini nümayiş etdirməklə yanaşı, əməkdaşlığın yüksək səviyyəyə keçidinin rəmzinə çevrildi. Görüşdə tərəflər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəklərini davam etdirmək əzmində olduqlarını vurğuladı, regional və qlobal məsələlərdə birgə mövqe nümayişinin vacibliyini qeyd etdilər. Laçın Zirvə görüşü də mühüm çağırışlarla tarixə yazıldı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, ölkələrimiz arasında həmrəylik və atılan birgə addımlar seçim məsələsi deyil, zəruri ehtiyacdır. Türkiyə, Azərbaycan və Pakistan liderlərinin üçtərəfli Zirvə görüşləri mütəmadi keçiriləcək. Nazirlər səviyyəsində görüşlər də planlaşdırılır. Nəqliyyat sektorunu üçtərəfli əməkdaşlığın strateji sahələrindən biri kimi dəyərləndirən Türkiyə Prezidenti bu əminliyi ifadə etdi ki, Ankara, Bakı və İslamabad arasında dialoq üç ölkənin xalqlarına fayda verəcək. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif  “Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var” fikri ilə bu birliyin, həmrəyliyin ölkəsi üçün nə qədər önəmli olduğunu açıqladı və bu çağırışı da etdi ki, siz keçilməz qaya kimi bizimlə bərabər dayandınız və biz tərəddüd etmədən sizə etibar edirik. Silahdaş olan qardaşlar kimi sülh, ədalət və mənəvi dəyərləri hər zaman üstün tutacağıq. Gözəl Laçında Azərbaycan, Türkiyə və Pakistan bayraqlarının dalğalanmasını görmək qəlblərimizi hədsiz sevinc və fəxarət hissi ilə doldurur”.Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlıq modeli təkcə regionda sabitliyə deyil, həm də beynəlxalq səviyyədə qarşılıqlı faydalı və tarazlı münasibətlərin formalaşmasına töhfə verir: “Qardaşlıq, ortaq tarix və ümumi maraqlara əsaslanan bu format gələcək illərdə siyasi, iqtisadi və təhlükəsizlik istiqamətlərində daha da dərinləşərək beynəlxalq aləmdə nüfuzlu üçtərəfli bloklardan birinə çevrilə bilər. Azərbaycan və Türkiyə Prezidentlərinin, Pakistanın Baş nazirinin mayın 28-də Laçında keçirilən Müstəqillik Gününə həsr edilən tədbirdə birgə iştirakı da bu birliyin, qardaşlığın növbəti təqdimatı oldu. Dövlət başçısı İlham Əliyev tədbirdəki çıxışında  belə bir çağırışı səsləndirdi ki, bu gün əziz qardaşlarımın – Türkiyə Prezidentinin və Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində iştirakı, bizə göstərilən dəstək və həmrəylik artıq tamamilə yeni dünya miqyasında reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir. Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik. Əminəm ki, azad edilmiş Laçından üç ölkənin bu gün dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq”.

Zərdab rayon Gənclər və İdman sektorunun müdiri Əvəz Soltanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki