image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-568390413_1369204841225957_5215243284318025335_n

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir

image-legitimaz-810x90

Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir.

Qazaxıstan Azərbaycan üçün əhəmiyyətli tərəfdaşlardan biri hesab olunur. Azərbaycan və Qazaxıstan arasında əlaqələr hərtərəfli şəkildə inkişaf edir. İki ölkə arasında münasibətlər dərin tarixə və mədəni köklərə söykənir. Bu dəyərlər bütün sahələrdə etibarlı tərəfdaş kimi birgə əməkdaşlığın əsasını təşkil edir. Dövlət başçılarının müxtəlif formatlarda keçirdiyi görüşlər, prezidentlər və xalqlarımız arasında dostluq əlaqələri bu münasibətlərin daha da inkişafını təmin edir. Azərbaycan və Qazaxıstan  bütün beynəlxalq platformalarda səmərəli əməkdaşlıq edir.

2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanda səfərdə olarkən çıxışında qeyd etmişdir ki, “Xalqlarımızı ümumi köklərə, mənəvi və mədəni ortaqlığa əsaslanan çoxəsrlik dostluq, qardaşlıq birləşdirir. Dövlətlərarası münasibətlərimizi bu möhkəm bünövrə üzərində qururuq. Hətta son üç ildə ondan çox qarşılıqlı səfərlərə baxdıqda münasibətlərimizin necə intensiv xarakter daşıdığını əyani şəkildə görmək olar. Hər bir görüş, hər müzakirə son nəticəyə yönəlib. Bu gün sahə nazirliklərinin hesabatlarını, həmçinin gələcək planları dinlədik. Təbii ki, qarşılıqlı fəaliyyətimizi necə intensivləşdirmək lazım olduğuna dair öz əlavə təlimatlarımızı verdik. Bizim eşitdiklərimiz məmnunluq hissi doğurur. Çünki nəzərdə tutulanların hamısı yerinə yetirilir. Diqqət yetirilməsi və dövlət başçılarının iştirakı tələb edilən məsələlər olduqda, təbii ki, bu, bizim daimi nəzarətimiz altındadır”.

Cənab Prezident çıxışında ölkələrimizin beynəlxalq aləmdə hər zaman bir-birilərinə dəstək verməsindən bəhs etmişdir. Bildirmişdir ki, “Ölkələrimiz ənənəvi olaraq bir-birini, – istər BMT, istərsə də digər təşkilatlar olsun, – beynəlxalq təşkilatlar çərçivəsində dəstəkləyir. Bu yaxınlarda Kasım-Jomart Kemeleviç türk dövlətləri Sammiti çərçivəsində bizi ziyarət etdi. Beynəlxalq platformalarda aktiv qarşılıqlı fəaliyyət bizim aramızda olan yaxınlığı bir daha göstərir. Gələn il Azərbaycan iki mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Əlbəttə, əminəm ki, Kasım-Jomart Kemeleviç bizim fəxri qonaqların arasında olacaq. Bunlar İslam Əməkdaşlıq Təşkilatının Sammiti və Qazaxıstanın təşəbbüsü nəticəsində strukturu formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin Sammitidir. Biz bütün beynəlxalq platformalarda demək olar ki, vahid mövqedən çıxış edirik. Bugünkü danışıqlar, fikir mübadiləsi və qərarlar bunu bir daha təsdiq edir”

 

Fatimə Xəlilova – Zərdab rayonu Şəftəhal kənd tam orta ümumitəhsil məktəbinin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki