Xaçmazda çaqqallar sakinlərə hücum edib.
“Unikal”ın Şimal bürosunun məlumatına görə, Xaçmaz rayon Əhmədoba kəndində çaqqallar həyətyanı sahəyə girərək sakinlərə hücum edib.
Hadisə zamanı vəhşi heyvanlar bağda fındıq yığan üç nəfəri dişləyib.
Belə ki, xəsarət alan kənd sakinləri 1956- ci il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onlara ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub.
Faktla bağlı araşdırma aparılır.