Venesuela hökuməti ölkədə kütləvi səfərbərlik elan edib.
“Xeberaz.info” xarici KİV-ə istinadən xəbər verir ki, Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez bu addımı “ABŞ-dən qanynaqlanan imperialistik təhdidə” cavab kimi xarakterizə edib.
Lopez eyni zamanda hərbi təlimlərə başlanıldığını elan edib. Manevrlərdə Bolivarian milisi – mülkilərdən ibarət ehtiyat qüvvələr də iştirak edəcək.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-nin ən iri gəmisi “USS Gerald R. Ford” Latın Amerikasının sularına daxil olub. “The Guardian” nəşri bunu ABŞ-Venesuela qarşıdurmasının yeni mərhələsinin başlanğıcı kimi qələmə verib.


























