image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-b86382eb3a19981b90852f0dbf6f3b6c

Vaşinqtondan Ər-Riyada kritik zənglər: Tramp və Rubio Səudiyyə rəhbərliyi ilə nə danışıb?

image-legitimaz-810x90

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla telefon danışığı aparıb.

Xeberaz.info Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi SPA-nın məlumatına istinadən xəbər verir ki, onlar Vaşinqton və Tehran arasında diplomatik əlaqələrin gedişatını, eləcə də regionda dəniz təhlükəsizliyi məsələlərini müzakirə ediblər.

Bildirilir ki, tərəflər regiondakı mövcud hadisələri, o cümlədən ABŞ ilə İran arasında danışıqları müzakirə ediblər. Agentlik qeyd edir ki, iştirakçılar gəmiçilik və dəniz yollarının təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb, təhlükəsizlik və sabitliyə nail olmağa yönəlmiş hər hansı səyləri dəstəkləməyin vacibliyini ifadə ediblər.

ABŞ dövlət katibi Marko Rubio və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud da telefon danışığı keçiriblər. Dövlət Departamentinin sözçüsü Tommi Piqot yazılı açıqlamasında qeyd olunur ki, onlar Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsinə yönəlmiş ikitərəfli əməkdaşlığı müzakirə ediblər: “Onlar regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün sıx koordinasiyanın vacibliyini müzakirə ediblər”.

Qeyd edək ki, ABŞ-İran atəşkəs razılaşmasından sonra Səudiyyə Ərəbistanı ilə ABŞ arasında münasibətlərdə gərginlik yaranıb. Ər-Riyad irimiqyaslı hərbi əməliyyatların yenidən başlanmasına qarşı çıxır. Səudiyyə atəşkəs razılaşmasından sonra ABŞ-ın İrana qeydə alınan zərbələri zaman öz ərazisindən istifadəyə icazə verməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki