Ukraynalı jurnalist Dmitri Qordon Vaşinqtondakı mənbələrə istinadən bildirib ki, Ukraynadakı münaqişə avqustun 15-də başa çatacaq.
“Xeberaz.info” xəbər verir ki, o, bu barədə Ukrayna telekanallarının birində çıxışı zamanıdeyib.
“Mən Vaşinqtondakı iki mənbəmlə danışdım. Hər ikisi müharibənin sabah bitəcəyini söylədi”, – Qordon ifadə edib.
Onun sözlərinə görə, söhbət münaqişənin bitəcəyini proqnozlaşdıran “Vaşinqtonda çox yüksək vəzifəli şəxslərdən” gedir. Jurnalist belə bir inkişafın olacağına ümid etdiyini bildirib.
Xatırladaq ki, avqustun 15-də Bakı vaxtı ilə 23:00-da Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Alyaskada danışıqlar aparacaq. Əsas mövzu Ukraynada sülhdür.