Ukrayna ABŞ-ın tədarükünün yavaşlaması, eləcə də Rusiyanın hava hücumlarını artırması fonunda HHM raketlərinin ciddi çatışmazlığından qaçmağa çalışır.
Xeberaz.info xəbər verir ki, bu barədə “Faynənşl Tayms” mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Pentaqonun direktivindən sonra aylar ərzində qeyri-müntəzəm və gözləniləndən daha az çatdırılmalardan sonra vəziyyət daha da pisləşib:
“Təchizatda bu yavaşlama xüsusilə narahat edir, çünki ayrı bir proqram, Ukrayna Təhlükəsizlik Təşəbbüsü çərçivəsində birbaşa istehsalçılardan alınan digər raketlər partiyalar şəklində istehsal olunur və bu, tədarüklər arasında boşluqlara səbəb olur”.