image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-2d0836eaa229745ad0991e8a3562ea64-1

Ukrayna Kurskda yaşayış binasını vurdu – ölən və yaralananlar var

image-legitimaz-810x90

Ukraynaya məxsus pilotsuz uçan aparat Rusiyanın Kursk şəhərində çoxmərtəbəli yaşayış binasına zərbə endirib.

”Xeberaz.info” xəbər verir ki, gecə saatlarında baş verən hadisə nəticəsində yanğın başlayıb.

Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn Telegram kanalında bildirib ki, dronun binaya düşməsi nəticəsində bir qadın həyatını itirib, biri ağır olmaqla altı nəfər yaralanıb.

Yerli media yanğının görüntülərini yayıb. Kadrlarda binanın yaxınlığında bir neçə eyvanın və avtomobilin yandığı görünür.

Məlumata görə, zədələnmiş bina Kursk dəmir yolu stansiyasına yaxın, yerli hava limanından isə 2–3 kilometr məsafədə yerləşir.

Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki