image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-krim-yangin

Ukrayna Krımı vurdu, Sevastopol işıqsız qaldı

image-legitimaz-810x90

İyunun 24-də Ukrayna ordusunun hücumları nəticəsində Sevastopol şəhəri tamamilə işıqsız qalıb.

Xeberaz.info  xəbər verir ki, bu barədə işğal altında olan Sevastopolun “qubernatoru” Mixail Razvojayev məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna ordusunun əsas hədəfi yarımadanın ən böyük elektrik enejisi təchizatçısı olan Balaklava İES olub:

“Düşmənin enerji infrastrukturumuza hücumu nəticəsində şəhər müvəqqəti olaraq elektriksiz qalıb”.

Krım Teleqram kanalları yazır ki, Sevastopolla yanaşı, Baxçasaray, Kerç və Rusiya Hava-Kosmik Qüvvələrinin radiolokasiya stansiyasının yerləşdiyi Ay-Petri dağı da hücumlara məruz qalıb.

Bundan başqa, Simferopol şəhərindəki İES-in də vurulduğu bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki