image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-kalibr_m

Ukrayna ABŞ-a İranla bağlı belə kömək edir

image-legitimaz-810x90

Ehtimal ki, Ukrayna Xəzər dənizində gəmilərə zərbələr endirməklə ABŞ-ın İran ətrafında blokada halqasını tamamlamağa kömək edir.

Xeberaz.info xəbər verir ki, bu barədə “Fortune” məlumat yayıb.

“Prezident Vladimir Zelenski zərbə barədə açıq şəkildə məlumat verərək bildirib ki, İran Ukraynaya qarşı müharibədə Rusiyaya kömək edir, Rusiya isə ABŞ-a qarşı qarşıdurmada İrana dəstək verir”, – məlumatda deyilib.

Berlinin SWP analitik mərkəzinin eksperti Həmidrza Əzizi Ukraynanın bu hücumunun bir neçə mümkün ehtimalı haqda danışıb. Onun fikrincə, Kiyev ya ABŞ-ın etibarlı müttəfiqi olduğunu nümayiş etdirməyə çalışıb, ya da Vaşinqton və Təl-Əvivin maraqları naminə hərəkət edərək, onların birbaşa müdaxiləsi olmadan İrana təzyiqi artırmağı hədəfləyib:

“Başqa sözlə, Xəzər cəbhəsi Hind okeanı ilə birlikdə ABŞ-ın İrana qarşı dəniz blokadası tətbiq etdiyi bölgə ilə yanaşı, artıq ölkəni iqtisadi və hərbi təzyiq halqası ilə tam əhatəyə almağa xidmət edir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki