image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1752934636_998aadb9e7db1f370393ce70e25453ce

Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir

image-legitimaz-810x90

Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir.

Şuşa Qlobal Media Forumu təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyət daşıyan bir platforma kimi çıxış edir. Forumun əsas məqsədlərindən biri – rəqəmsal transformasiyanın media sektoruna təsirini dəyərləndirmək, yeni texnologiyaların məzmunun yaradılması və yayımındakı rolunu təhlil etmək, həmçinin saxta xəbərlərin artdığı bir dövrdə media savadlılığının əhəmiyyətini ön plana çəkməkdir. Tədbirə 52 ölkədən 140-a yaxın media nümayəndəsi qatılıb. Onların sırasında 30-dan çox nüfuzlu xəbər agentliyinin, yeddi beynəlxalq təşkilatın, 80 media qurumunun və müvafiq dövlət strukturlarının təmsilçiləri yer alıb. Forumun yeni tikilmiş Şuşa Konqres Mərkəzində – Xankəndinin Zəfər meydanında keçirilməsi simvolik məna daşıyır. Bu, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası, yenidənqurma işləri və təhlükəsizliyin bariz göstəricisidir. Bu, Forumun geniş coğrafi və institusional əhatə dairəsinin göstəricisidir və Şuşanın informasiya diplomatiyasının mərkəzinə çevrildiyini bir daha sübut edir. Forum müasir çağırışlar fonunda media dayanıqlığının təmin olunması, etibarlı və şəffaf informasiya mühitinin formalaşdırılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə keçirilən bu mötəbər tədbir, ölkənin informasiya siyasətində qlobal trendlərə nə dərəcədə adekvat cavab verdiyini, həmçinin süni intellekt dövründə media sahəsində liderliyə iddialı olduğunu bir daha nümayiş etdirir. Şuşa Qlobal Media Forumu, yalnız regionun deyil, bütün dünyanın diqqət mərkəzindədir. Forumun aktual mövzusu – rəqəmsallaşma, süni intellektin media məkanında yaratdığı çağırışlar və informasiya təhlükəsizliyi ilə bağlı müzakirələr dünyanın müxtəlif ölkələrindən olan media peşəkarlarının böyük marağına səbəb olub. Forum çərçivəsində qlobal media mühitində etibarlı informasiya axınının təmin olunması, dezinformasiya ilə mübarizə, redaksiya məsuliyyəti, media savadlılığının təşviqi və texnoloji transformasiyanın etik çərçivədə tənzimlənməsi kimi məsələlər geniş şəkildə gündəmə gətirilib. Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu qlobal çağırışlara verdiyi operativ və məsuliyyətli reaksiyalarla daha da güclənməkdədir. Bu amillər, həmçinin dövlətimizin regional gücdən qlobal aktorluğa keçidinin göstəricisidir. III Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq müstəvidə öz sözünü deməsi, yeni təşəbbüslərlə çıxış etməsi və qlobal dialoq məkanına çevrilmək niyyətinin açıq təzahürüdür. Dövlətimizin yaşıl enerji, rəqəmsallaşma və geosiyasi strategiyası bu Forumda bir daha beynəlxalq ictimaiyyətə təqdim olunub. Şuşa isə artıq təkcə mədəniyyət paytaxtı deyil, həm də intellektual və siyasi debatların yeni ünvanıdır.

Veteran müəllim Vəfadar Niftəliyev.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki