Üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir.
Prezident İlham Əliyev lll Şuşa Qlobal Media Foruçunda çıxışı zamanı bildirmişdir ki,artıq üçüncü dəfədir ki, belə bir mühüm tədbir Qarabağda keçirilir. Şuşa Media Forumu artıq ənənəvi xarakter alıb. Ümid edirəm ki, bu ənənə davam edəcək və vaxt keçdikcə qonaqların sayı artır, coğrafi əhatə daha da genişlənir. Bütün bunlar bir daha göstərir ki, ən mühüm mövzuların mehriban şəraitdə açıq müzakirələrinə böyük ehtiyac var. Söhbət təkcə mediadan deyil, həmçinin qlobal gündəlikdən gedir. Dünyada vəziyyət sürətlə dəyişir. Əgər ötən il Şuşada keçirilmiş Forumdan başlasaq görərik ki, nə qədər çox dəyişikliklər baş verib. Əlbəttə ki, ilk növbədə, mətbuat belə tədbirlərə qatılır, bütün hekayələri söyləyir, bu dəyişiklikləri, hadisələri təsvir edir və öz cavabını, rəyini bildirir. Bugünkü görüşü burada, yeni tikilmiş Konqres Mərkəzində, Xankəndinin Zəfər meydanında keçirmək qərarına gəldik. Beləliklə, əminəm ki, bura qonaqlar üçün maraqlı olacaq, yenidənqurma, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların qayıtması baxımından ərazilər azad olunandan sonra görülmüş işlərə baxmaq cəlbedici olacaq. Ötən il 197 ölkənin iştirakı ilə keçirilmiş belə bir mühüm iqlim dəyişmələri konfransında bütün dünyada çox böyük auditoriya var idi. Qeydiyyatdan keçmiş 77 min iştirakçı oldu. Qeyd etdiyim kimi, təxminən 200 ölkədən nümayəndə gəlmişdi. Onların sırasında 70 dövlət və hökumət başçısı var idi. Bu, həmin mövzunun əhəmiyyətini aydın şəkildə göstərdi. Həmçinin bir çox insan Bakıya, Azərbaycana ilk dəfə idi ki, səfərə gəlmişdi. ECO-nun çox böyük potensialı var və Xankəndidə Zirvə görüşündə biz bu təsisata yeni bir ölçü gətirmək istədik. Zirvə görüşündən əvvəl Şuşada, Ağdamda və Laçında Biznes, Qadınlar və Gənclər forumları baş tutdu. Sonra isə həmin forumların təmsilçiləri Zirvə görüşündə dövlət başçıları qarşısında müzakirə etdikləri və razılaşdırdıqları məsələlər barədə hesabat verdilər. Beləliklə, bizə lazımdır ki, ECO daha güclü və səmərəli olsun, çünki ölkələrin potensialını real qaydada bilirik. Üzv dövlətlər arasında daha fəal və o qədər fəal olmayan ikitərəfli münasibətlər var, lakin bizə çoxtərəfli yanaşma lazımdır. Bu baxımdan, düşünürəm ki, Azərbaycanın səyləri qiymətləndirildi. Həmin öhdəliyi biz sədr kimi üzərimizə götürdük və əminəm ki, işlər uğurlu olacaq. Bizim ECO-dan xeyli böyük olan təsisatlarda, o cümlədən Qoşulmama Hərəkatında zəngin sədrlik təcrübəmiz var. Üç il ərzində fəaliyyətimiz o qədər yaxşı oldu ki, üzv dövlətlər yekdil olaraq sədrliyimizi bir il də artırmaq qərarına gəldilər. Beləliklə, dörd il ərzində sədr olduq və Qoşulmama Hərəkatına çox dinamika gətirdik. Biz hazırda işləyən Parlament Şəbəkəsini yaratdıq, Qadınlar və Gənclər platformalarını təsis etdik. Bir sözlə, beynəlxalq təşkilatı daha güclü və hərtərəfli edən işlərin hamısını gördük. Bizdə həmin mexanizmlər var. Biz və bir çox digər ölkələr müxtəlif beynəlxalq təsisatlarda iştirak edirik, lakin bəzən həmin beynəlxalq təsisatlarda həmrəylik çatışmır. Bir sözlə, əlimizdən gələni edəcəyik.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova