image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1773129340-msb-duyurdu-malatyaya-patriot-sistemi-konuslandirildi-c3ys

Türkiyə “Patriot” raketlərini aktivləşdirdi

image-legitimaz-810x90

Türkiyənin hava məkanını qorumaq üçün Malatya şəhərində “Patriot” raket sistemləri yerləşdirilib. 

Xeberaz.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb.

Bəyanatda bildirilir ki, milli tədbirlərə əlavə olaraq, NATO hava və raketdən müdafiə tədbirlərini artırıb: “Türkiyə Silahlı Qüvvələri ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyini təmin etməyə tam sadiqdir. Bölgəmizdəki son hadisələri nəzərə alaraq, sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görülür. NATO və müttəfiqlərimizlə məsləhətləşmələr aparılır. Gördüyümüz milli tədbirlərə əlavə olaraq, NATO hava və raketdən müdafiə tədbirlərini artırıb. Bu çərçivədə, hava məkanımızın qorunmasını dəstəkləmək üçün təyin olunmuş “Patriot” sistemi Malatyada yerləşdirilib. Müdafiə və təhlükəsizlik imkanlarını ən yüksək səviyyədə saxlayaraq, ölkəmiz NATO və müttəfiqlərimizlə əməkdaşlıq və məsləhətləşmələrdəki inkişafları qiymətləndirməyə və regional sülh və sabitlik üçün səy göstərməyə davam edəcək”

Qeyd edək ki, İran 4 və 9 mart tarixlərində Türkiyəyə ballistik raketlər atıb. Hər iki raket NATO qüvvələri tərəfindən havada məhv edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki