image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ilham_eliyev-1744269571

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir

image-legitimaz-810x90

Budapeştdə keçirilən TDT Dövlət başçılarının Zirvə görüşdə Türk dövlətlərinin ortaq talelərini, qarşıda duran məqsədlərini müəyyənləşdirilmək və reallaşdırılmaq üçün mühüm bir platformadır. Təşkilatın keçirdiyi Zirvə görüşləri Türk dövlətləri arasında iqtisadi, sosial, mədəni əlaqələrin möhkəmləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, yeni istiqamətlərin müəyyən olunması baxımından çox əhəmiyyətlidir. Azərbaycan Türk Dövlətləri Təşkilatının ən fəal üzvlərindən biridir və qurumun tədbirlərində yaxından iştirak edir. Dövlətimizin başçısı da çıxışında bu məqamları xüsusi vurğulayıb. Qeyd edib ki, TDT Dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşü keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilmişdir. Bu il isə Azərbaycanın qurumun Zirvə görüşünə ev sahibliyi edəcəyini bəyan edən Prezident tədbir iştirakçılarını həmin tədbirdə iştirak etmək üçün Azərbaycana dəvət edib. Azərbaycanın, ümumilikdə, təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymasını bildirən dövlətimizin başçısı ölkəmizin bu təşkilatın ən fəal üzvü olduğunu bir daha təsdiqləyib. Qeyd edilib ki, bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması da nəzərdə tutulur.

 

Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Bunun nəticəsidir ki, hazırda Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanın Orta Asiya ilə Avropa arasında yükdaşımalarda rolu birmənalı şəkildə artmaqdadır: “Həyata keçirilən böyük nəqliyyat layihələrinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan nəqliyyat habına çevrilsin. Bunu da çox gözləməyə ehtiyac qalmadı. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşib. Bu, nəzəriyyədən praktikaya çevrilib. Ümumiyyətlə, son illər aktuallaşan Orta Dəhlizlə bağlı biz iki istinad nöqtəsini götürə bilərik. Onlardan biri Çin-Avropa ticarət marşrutudur. Ancaq bu gün nəzərə almaq lazımdır ki, Orta Dəhliz, eyni zamanda Şərq-Qərb dəhlizindən başqa Şimal-Cənub nəqliyyat dəhlizi də Azərbaycandan keçir. Həmçinin bu iki dəhliz ölkəmizdə inteqrasiya olunur. Üstəlik, Çin təkcə Qazaxıstan üzərindən daşımaları həyata keçirmir. Orta Dəhlizin bir qolu Qırğızıstan-Özbəkistan-Türkmənistan üzərindən bağlanır. Ona görə də biz nəqliyyat dəhlizlərini daha da genişləndirə bilərik. Çünki daşınan yüklərin həcmi artır. Təkcə Çinlə Avropa ticarət dövriyyəsinin həcmi 750 milyard dollardır. O üzdən, həmin yüklərin əhəmiyyətli hissəsi Azərbaycan üzərindən keçsə, biz tranzit ölkəsi olaraq bundan böyük qazanc əldə edəcəyik. Eyni zamanda nəqliyyat xəttinin keçdiyi digər region ölkələri bundan qazanacaqlar. Çünki ən elastik və zaman nöqteyi-nəzərindən uyğun dəhliz Orta Dəhlizdir. Burada bizim əsas göstəricilərimiz texniki buraxma, yükaşırma qabiliyyətini artırma imkanlarından sadəcə olaraq şaxələnmə yolu ilə artıraraq isdifadənin mümkünlüyünü genişləndirməkdir. Bu nöqteyi-nəzərdən biz tək Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yox, eyni zamanda İran üzərindən, yaxın gələcəkdə Zəngəzur dəhlizi üzərindən daşımaları həyata keçirəcəyik. Bütün bu dəhlizlərin imkanlarını nəzərə alaraq biz maksimal şəkildə bu imkanları genişləndirməliyik. Nəzərə almaq lazımdır ki, bütün Mərkəzi Asiya ölkələri Azərbaycan üzərindən daşımalarda maraqlıdır. Çünki ən qısa yol ölkəmiz üzərindən keçir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir. Türkiyә vә Mәrkәzi Asiya dövlәtlәrinin Azәrbaycan üzәrindәn tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil etmişdir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır”.

Belə görünür ki, türkdilli dövlətlərin Avropa ilə nəqliyyat daşımalarında Azərbaycanın rolu daha da artacaq.

Zərdab rayon üzrə gənclər və idman sektorunun əməkdaşı-  Ehtiram Osmanov

 

 

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir

Ölkəmiz ilə yanaşı Qazaxıstan, Özbəkistan, Türkmənistan kimi Türk dövlətlərinin daxil olduğu Sovet İttifaqı uzun illər ərzində Türk xalqına qarşı kəskin mövqe tutaraq Türk dilini, qədim tarixə malik Türk tarixini unutdurmağa çalışmışdır. Türkçülüklə mübarizə davamlı və kəskin bir proses kimi həyata keçirilirdi. Repressiya illərində öz xalqına, tarixinə, dilinə bağlı olan, milli kimliyini müdafiə edən insanlar, dilimizi, tariximizi qorumağa çalışan ziyalılar, maarifpərvər şəxsiyyətlər xüsusilə seçilərək güllələnir ən yaxşı halda isə sürgünə göndərilirdilər. Öz soykökünə, tarixinə, adət-ənənələrinə bağlı olan xalqımız qadağalara, cəzalara, işgəncələrə baxmayaraq öz yaddaşında dilimizi, tariximizi qoruyaraq müqəddəs amal kimi onu gənc nəsillərə ötürdü. Sovet İttifaqının dağılmasından sonra eyni tarixi kökə, dinə, dilə sahib Türk dövlətləri müstəqillik əldə edərək Türkçülük amalı ətrafında sıx birləşdilər. Məhz müstəqillik illərindən sonra məlum oldu ki, Türklərə öz tarixini, dilini, etnik xüsusiyyətlərini, kimliyini heç vaxt unutdurmaq olmaz. Bu gün Türk dövlətləri müxtəlif təşkilatlarda, qurumlarda sıx şəkildə birləşərək beynəlxalq tirbunalarda eyni mövqedən çıxış edirlər. Uzun illər ərzində torpaqlarımızı işğal edən ermənistana qarşı Türk dövlətləri kəskin və sərt mövqe tutmuşlar. Türkiyə, Özbəkistan kimi dövlətlər işğalçı Ermənistan ilə diplomatik, siyasi əlaqələri kəsmişlər. Xalqımızın, ordumuzun zəfəri ilə başa çatan Vətən Müharibəsində də Türk dövlətləri xalqımıza, dövlətimizə mənəvi dəstək oldular. Azərbaycan Respublikasının digər Türk dövlətləri ilə nəqliyyat və digər sahələrdə qarşılıqlı əməkdaşlığı surətlə inkişaf etməkdədir. 21 may 2025-ci il tarixində Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev bu mövzuya xüsusi diqqət ayıraraq qeyd etdi ki, Türkiyənin və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan ərazisindən tranzit keçən daşımalarının həcmi 2024-cü ildə 11 milyon ton təşkil eymişdir. Orta dəhlizin bir hissəsi olan Bakı-Tiblisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatmışdır. Bəli, Cənab Prezidentin açıqladığı rəqəmlər ölkəmizin nəqliyyat sahəsində Türk dövlətləri ilə yüksək əməkdaşlığından xəbər verir. Biz inanırıq ki, eyni tarixi kökə, dinə, dilə sahib olduğumuz Türk dövlətləri ilə bütün sahələrdə qarşılıqlı fəaliyyətimiz ötən hər gün daha da güclənərək dünyaya dostluq-qardaşlıq nümunəsi olacaqdır.

Zərdabi adına Əlvənd kənd tam orta məktəbin direktoru E. Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki