image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1770805512_698c542d47818698c542d478191770804268698c542d47816698c542d47817

Transmilli böyük şirkətlərlə iş təcrübəmiz də böyük üstünlükdür

image-legitimaz-810x90

Transmilli böyük şirkətlərlə iş təcrübəmiz də böyük üstünlükdür.

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirəsi ölkənin texnoloji inkişaf strategiyasında yeni mərhələnin konturlarını müəyyənləşdirdi. Müşavirədə dövlət başçısının vurğuladığı əsas məqamlardan biri transmilli böyük şirkətlərlə əməkdaşlıq təcrübəsinin Azərbaycanın rəqəmsal transformasiya prosesində mühüm üstünlük yaratmasıdır. Qloballaşan dünyada qabaqcıl texnologiyalara çıxış və innovativ idarəetmə modellərinin tətbiqi məhz belə əməkdaşlıq platformaları vasitəsilə daha səmərəli reallaşır.

Azərbaycan uzun illərdir ki, enerji, infrastruktur və logistika sahələrində aparıcı beynəlxalq şirkətlərlə uğurlu tərəfdaşlıq təcrübəsinə malikdir. Bu model qarşılıqlı etimad, şəffaf müqavilə mexanizmləri və uzunmüddətli strateji planlaşdırma üzərində qurulub. İndi isə həmin təcrübənin rəqəmsal iqtisadiyyat sahəsinə transfer edilməsi qarşıda duran əsas vəzifələrdən biridir. Süni intellekt, böyük verilənlərin emalı və kibertəhlükəsizlik kimi istiqamətlərdə transmilli şirkətlərin bilik və texnoloji imkanları ölkənin yerli potensialı ilə sintez olunaraq yeni inkişaf mərhələsini formalaşdıracaqdır.

Cənab Prezident müşavirədə qeyd etmişdir ki, “Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Xarici sərmayələr qorunub – həm qanunlar tərəfindən, eyni zamanda, gündəlik həyatda da görürük. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin inkişafını müəyyən edib, o cümlədən Azərbaycanın. 30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir”.

Transmilli şirkətlərlə əməkdaşlıq beynəlxalq standartların tətbiqinə, müasir idarəetmə prinsiplərinin mənimsənilməsinə və insan kapitalının inkişafına təkan verir. Bu isə öz növbəsində ölkədə innovasiya mədəniyyətinin güclənməsinə və startap ekosisteminin genişlənməsinə şərait yaradır.

Eyni zamanda, belə əməkdaşlıq Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi baxımından da əhəmiyyətlidir. Böyük texnologiya şirkətlərinin ölkədə fəaliyyət göstərməsi yeni investisiyaların cəlb olunmasına, yüksək ixtisaslı kadrların hazırlanmasına və rəqabət mühitinin sağlam şəkildə formalaşmasına xidmət edir. Qlobal təcrübəyə çıxış yerli mütəxəssislərin bacarıqlarının artırılmasına, elmi-tədqiqat və innovasiya layihələrinin genişlənməsinə imkan yaradır.

 

Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki