image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-c0c67e4053afd11bc797fb59433d8095

Trampın Putinə təklifləri avstriyalı naziri özündən çıxardı

image-legitimaz-810x90

Almaniyanın “Welt” nəşrinə müsahibəsində Avstriyanın xarici işlər naziri Beate Maynl-Rayzinqer Rusiya ilə bağlı sərt fikirlər səsləndirib. Onun sözlərinə görə, ABŞ-də hakimiyyətə qayıtdıqdan sonra Donald Tramp müharibəni bitirmək üçün mahiyyət etibarı ilə Vladimir Putinə Krım da daxil olmaqla Ukraynanın beş regionunu, habelə Ukraynanın NATO-ya üzvlüyünə qadağanı “hədiyyə etdi”: “Lakin Putin bu fürsəti rədd etdi”.

Ukraynada atəşkəs haqqında razılaşmanın nə vaxt əldə oluna biləcəyinə dair sualam cavabında nazir Putinin müharibəni bitirmək istəmədiyinə əmin olduğunu bildirib. Onun fikrincə, əks halda bununla bağlı real danışıqlara artıq başlanardı: “ABŞ prezidenti Tramp Krımı və bir neçə şərq regionunu gümüş nimçədə Putinə verdi, belə demək mümkünsə, Ukraynanın NATO-ya üzvlüyünü də istisna etdi. Bəs Putin nə edir? O, ölkəyə qarşı məhvetmə müharibəsini davam etdirir”.

Eyni zamanda, o, Rusiyanın cəbhədə impuls əldə etməsinə dair Avropada yayılan mövqeyə şübhə ilə yanaşıb: “İmpuls? Əmin deyiləm. Rusiya böyük itkilər verir. Nə vaxtsa Rusiyada yığılan tabutlar problemi başlayacaq. Buna fəlakətli iqtisadi vəziyyəti də əlavə edin. Kreml üçün bu müharibəni davam etdirmək getdikcə çətinləşir. Putin bilir ki, vaxt daralır. Ona görə də müharibəni belə amansız intensivliklə aparır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki