image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-xamenei

Trampın İran mesajı: yeni lider axtarır

image-legitimaz-810x90

Tramp Xameneinin ölkəsini məhv etdiyini bildirib və bəyan edib ki, İranda yeni lider axtarmağın vaxtıdır. Xamenei isə bütün baş verənlərə görə Trampı günahlandırıb.

Xeberaz.info xəbər verir ki, bunu politoloq Asif Nərimanlı qeyd edib

Politoloqun sözlərinə görə, ritorik qarşıdurmanın arxa planında müəyyən razılaşmalar, yaxud vədlərin olması ehtimalı zəif deyil:

“Trampın etirazçılara “kömək yoldadır” deməsinə baxmayaraq, İrana hərbi müdaxilə ssenarisini təxirə salmasının səbəbləri arasında (digər səbəblər də var) bu amil də istisna edilməməlidir.

Trampın “yeni lider” mesajı da bu kontekstdə diqqət çəkir. Mümkündür ki, söhbət postxameneyi dövrünə hazırlıqdan gedir. Bölgədə təsir imkanlarını itirən İran rejiminin ölkə daxilində də dayaqları zəifləyir, son etirazlar bunun əyani nümunəsi idi və ciddi islahatlar – dəyişikliklər olmasa, aksiyaların yenidən təkrarlanacağı gözləntisi böyükdür”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki