ABŞ Prezidenti Donald Tramp İsrailin İrana qarşı hərbi əməliyyatları ilə bağlı diqqətçəkən açıqlama verib.
Xeberaz.info xəbər verir ki, jurnalistin “İsrail və Netanyahu sizi İrana zərbə endirməyə məcbur etdimi?” sualına cavab verən Tramp bunun əksini iddia edib.
“Xeyr. Ola bilsin ki, mən onları məcbur etdim. Mənim fikrimcə, o dəlilər birinci hücum etməyə hazırlaşırdılar”, – deyə o bildirib.
Tramp alternativ hakimiyyət məsələsinə də toxunaraq bildirib ki, əvvəllər nəzərdə tutulan qrupların əksəriyyəti artıq mövcud deyil. “Bizim bir qrupumuz var idi – onlar öldülər. İndi başqa bir qrup var. Hesabatlara baxsaq, ola bilsin onlar da artıq yoxdur. Düşünürəm ki, üçüncü dalğa gedir”, – deyə o əlavə edib.


























