image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-putu1icarzgbts3dgz8uquaxm2o2boncinecysrl_1200

Toydan qayıdarkən qəzaya düşən şəxslərin vəziyyəti AÇIQLANDI

image-legitimaz-810x90

Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Xeberaz.info-a verilən məlumata görə, 10.09.2025-ci il tarixində Yevlax rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar saat 18 radələrində 4 nəfər (kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda 3 nəfərin müalicəsi müvafiq şöbələrdə davam etdirilir. Onlardan bir nəfərin vəziyyəti ağır, iki nəfərin vəziyyəti stabil qiymətləndirilir.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən bir nəfər isə ambulator müalicə üçün evə buraxılıb”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki