Astarada 17 yaşlı gəlinin toy gecəsi ölməsinin təfərrüatı məlum olub.
”Xeberaz.info” Oxu.az-a istinadla xəbər verir ki, toy mərasimi olan cütlük Astara rayonunun Dolu kənd sakinləridir.
Toy Astaranın Deqədi kəndi ərazisindəki “Ata Yurdu” şadlıq sarayında keçirilib.
Məılumata görə, 2008-ci il təvəllüdlü Əfsanə Maqsud qızı İmanova 9-cu sinif buraxılış imtahanından kəsildiyi üçün Bakının Zirə qəsəbəsinə köçüb və orada istixanalarda fəhlə işləməyə başlayıb.
O, həmin vaxt həmkəndlisi olan oğlanla münasibət qurub və sevgili olublar. Bir müddət sevgili olan oğlanla qız öz razılıqları ilə cinsi əlaqədə olub. Amma onların ailəsi bu hadisədən bir ay öncə xəbər tutub. Məlum olub ki, qız artıq hamilədir.
Bundan sonra ailələr təcili toy etmək, cütlüyü evləndirmək qərarı veriblər və onlar dərhal Dolu kəndinə qayıdaraq, toya hazırlaşıblar.
Oktyabrın 28-də rayonun Deqədi kəndindəki “Ata Yurdu” şadlıq sarayında toy məclisi başlayıb. Mərasim başlayandan 1 saat sonra gəlinin halı qəfil pisləşib və o, təcili Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı məlum olub ki, qadın 7 aylıq hamilədir. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın xəstəxanada dünyasını dəyişib.


























