image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1720264298_7951c00852d935bccf7a4165403961d6

Təşkilata üzv ölkələr TDT-ni dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsində maraqlıdır

image-legitimaz-810x90

Təşkilata üzv ölkələr TDT-ni dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsində maraqlıdır

Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzu getdikcə güclənir. Macarıstanın paytaxtı Budapeştdə baş tutan TDT dövlət başçılarının növbəti zirvə toplantısında qarşıdakı dövr üçün yeni hədəflər müəyyənləşdi. İndiki mürəkkəb geosiyasi vəziyyətdə Təşkilat çərçivəsində əməkdaşlıq son dərəcə aktualdır. Budəfəki toplantını digərlərindən fərqləndirən cəhətlərdən biri də onun Aİ üzvü olan Macarıstanda təşkil olunması idi. TDT dövlət başçıları birliyi ardıcıl olaraq möhkəmləndirməyə, ortaq tarixi kökləri, ənənələri, mədəni dəyərləri qoruyub saxlamağa çalışır.

Məlum olduğu kimi, Macarıstan 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu alıb. Budapeştdə keçirilən qeyri-rəsmi zirvə görüşündə rəqəmsallaşma, enerji əməkdaşlığı, eləcə də mədəni irsin qorunması sahəsində koordinasiyanın dərinləşdirilməsi təşəbbüsü bir daha dəstəkləndi. Yekunda qəbul edilən, TDT-nin ümumi gələcəyini və strateji kursunu təsdiq edən Budapeşt Bəyannaməsi isə təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə zəmin yaradır.

Ümumiyyətlə, təşkilata üzv ölkələr TDT-ni dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməsində maraqlıdır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərib. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Bu istiqamətdə bütün üzv ölkələr imkanları düzgün dəyərləndirməyə çalışır.

Qeyd etmək lazımdır ki, təşkilatın ötən il Şuşada keçirilən toplantısında da Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə növbəti mərhələ kimi tarixə düşmüşdü.
Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Bu toplantılarda aparılan müzakirələr, verilən qərarlar təşkilatın mövqeyini möhkəmləndirir.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

 

Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının tarixdə ilk dəfə olaraq Macarıstanda keçirilməsini də mühüm əhəmiyyət kəsb edir

Bu il mayın 20-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin Macarıstana işgüzar səfəri çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşməsinə dair bir çox mühüm məsələlər müzakirə olunub. Dövlətimizin başçısı Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında qeyd edib ki, Macarıstan-Azərbaycan əlaqələri uğurla inkişaf edir.

Cənab Prezident tarixi köklərə malik olmalarını ölkələrimizin oxşar cəhətlərindən biri kimi vurğulayıb. “Məlumdur ki, Macarıstan və Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri bütün Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Məhz buna görə də iki ölkənin rəhbərləri arasında keçirilən görüşlər hər zaman müstəsna əhəmiyyət daşıyır. Diqqətəlayiq haldır ki, Macarıstanın Baş naziri öz bəyanatında son 20 il ərzində ölkələrinin istənilən sahədə – diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətlərdə üzləşdiyi hər hansı çətinlik zamanı hər zaman cənab Prezident İlham Əliyevin onların yanında olduğunu xüsusi vurğulamışdır. Baş nazir Azərbaycanın Macarıstanla hər zaman dost olduğunu, bu gün isə artıq bütün Avropa üçün strateji tərəfdaş ölkəyə çevrildiyini qeyd edib.”

Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının tarixdə ilk dəfə olaraq Macarıstanda keçirilməsini də mühüm əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının tarixdə ilk dəfə olaraq Macarıstanda keçirilməsi də mühüm siyasi anlam kəsb edən bir hadisədir. Məlumdur ki, Macarıstan TDT-nın tamhüquqlu üzvü deyil və yalnız müşahidəçi ölkə statusuna malikdir. Bununla belə, ölkə bu gün Təşkilatın Zirvə toplantısına ev sahibliyi edir. Bu faktın özü bir daha Macarıstanın müstəqil siyasət aparan nadir ölkələrdən biri olması ilə bağlı cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərin obyektivliyini təsdiq edir. Dövlət başçımızın bəyanatında qeyd olunduğu kimi, Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətin bir məsələdir. Çünki bir çox qaydalar və oturuşmuş prinsiplər mövcuddur. Avropa İttifaqının vahid xarici siyasət xətti də gözlənilməsi mütləq şəkildə tələb olunan prinsiplərdən biridir. Bütün bunlara baxmayaraq, Macarıstanın dövlət siyasətində məhz milli maraqların üstün tutulması təqdirəlayiq haldır. Azərbaycan və Macarıstanın uzun illər ərzində apardıqları uğurlu siyasət bu gün enerji sahəsində əməkdaşlıq üçün də əlverişli şərait yaradıb. Hazırda Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, bu yanacağı digər Avropa ölkələrinə tranzit edən ölkə kimi də tanınır. Azərbaycan isə özünün zəngin neft-qaz resursları sayəsində hələ bundan sonra da ən azı yüz il ərzində Avropa üçün bu sahədə etibarlı tərəfdaş olaraq qalacaq.

 Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki