İran İsrail istiqamətində yeni raket seriyası buraxıb.
Xeberaz.info xəbər verir ki, bu barədə İraqın INA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, raketlər İran ərazisindən İsrail istiqamətinə doğru atılıb.
Lakin İslam Respublikasının ərazisindən neçə ədəd raketin buraxıldığı barədə rəsmi məlumat verilməyib.
Hazırda hücumun nəticələri, eləcə də mümkün dağıntı və itkilər barədə açıqlama yoxdur. İsrail tərəfi isə insidentlə bağlı hələlik rəsmi bəyanat yaymayıb.
Qeyd edək ki, son günlər regionda gərginlik artmaqda davam edir və tərəflər arasında qarşılıqlı hücumlar intensivləşib. Ekspertlər vəziyyətin daha da kəskinləşə biləcəyini istisna etmirlər.


























