“Mən onları ( İran – red.) xəbərdar etdim: əgər bir şey baş verərsə, bütün ölkə qasırğaya çevriləcək. Mənim çox aydın təlimatlarım var: əgər təhdidlər davam edərsə, onları yer üzündən siləcəyəm”.
Xeberaz.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
O, İranın Trampı təhdid etməsi iddiasına münasibət bildirərkən bildirib.
ABŞ lideri həmçinin Co Baydeni Tehrana qarşı kifayət qədər sərt mövqe tutmamaqda ittiham edib: “Biz həmişə Baydenin niyə heç nə demədiyini düşünmüşük. Əgər mən o vaxt Ağ Evdə olsaydım və onlar mənim kimi hər kəsi təhdid etsəydilər, mən onlara çox sərt zərbə vurardım”.


























