image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-19d476d159e972fa737c07b56bb2288d

“Tarixin yanlış tərəfindəsiniz” – İran XİN rəsmisi Avropa İttifaqını hədəf aldı

image-legitimaz-810x90

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin “İran xalqı azadlığa, ləyaqətə və öz gələcəyini müəyyən etmək hüququna layiqdir” bəyanatına kəskin reaksiya verib.

Xeberaz.info xəbər verir ki, Baqai fon der Lyayenin sosial şəbəkədəki çıxışını şərh edərək onu “tarixin yanlış tərəfində dayanmaqda” və ikiüzlülükdə günahlandırıb. İranlı diplomat qeyd edib ki, Avropa İttifaqı rəhbərliyi işğalı, soyqırımı və vəhşilikləri dəstəkləməklə karyera qurub, indi isə ABŞ və İsrailin İranlılara qarşı hərbi cinayətlərinə göz yumur. Baqai xüsusilə vurğulayıb ki, beynəlxalq hüquq pozuntuları qarşısında susmaq cinayətə şərik olmaq deməkdir. “Minab şəhərində 165 günahsız İranlı mələk (uşaq) öldürüləndə səsiniz harada idi? Xəstəxanalar, tarixi abidələr, neft obyektləri, polis idarələri və yaşayış məhəllələri namərdcəsinə bombalananda niyə susursunuz?” – deyə diplomat əlavə edib.

Bu bəyanat Tehranın Qərb dövlətlərini “insan haqları” mövzusunda qeyri-səmimilikdə ittiham etmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki