image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-f14bc21b169856669155843916011039071

Tarixi Qələbəyə aparan yol

image-legitimaz-810x90

Tarixi Qələbəyə aparan yol.

 

Görkəmli dövlət хаdimi, siyаsi tаriхimizə qurucu və хilаskаr kimi dахil оlmuş ümummilli liderimiz Hеydər Əliyеv Аzərbаycаn хаlqının tаlеyində, оnun mənəvi, siyаsi və ictimаi həyаtındа misilsiz хidmətlər göstərən dаhi bir şəхsiyyətdir. Bu gün Müstəqil Azərbaycan Respublikasının bütün sahələrində Ümummilli lider Heydər Əliyevin izi görünür. Dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və onun dövlətçilik konsepsiyası əmin əllərdədir.

Dahi şəxsiyyət hələ 1969-cu ildə ilk dəfə Azərbaycana rəhbərlik etməyə başlayandan sonra fəaliyyətini bütün varlığı ilə Azərbaycanın rifahı və gələcək inkişafı naminə daha intensiv şəkildə həyata keçirməyə başlayıb. Bu səbəbdəndir ki, onun hakimiyyəti dövründə Azərbaycan SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilmişdi. Çünki ölkədə bütün sahələr diqqət mərkəzində saxlanılırdı. İstər mədəniyyət, istərsə də sənaye, kənd təsərrüfatı, şəhərsalmanın inkişafı bərabər şəkildə aparılırdı. Ümummilli liderimiz sovet dönəmində Azərbaycanın müstəqilliyini bərpa etmək üçün var gücü ilə çalışırdı. Ulu öndər deyirdi: “Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün hər bir döyüşə, hər bir vuruşa hazır olmalıyıq”.

Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan, torpaqlarımızı erməni işğalından azad edən güclü və qalib orduya malik olması Heydər Əliyevin misilsiz xidmətlərindən sadəcə biri sayıla bilər. Ümummilli lider uzun illər ordu quruculuğu ilə yanaşı, Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışıb. Ulu öndər istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırıb və buna da nail olub.

Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Cənab Prezident İlham Əliyev torpaqlarımız işğaldan azad olunduqdan sonra demişdir ki, “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!”.

Heydər Əliyevin Azərbaycan və Azərbaycan xalqı qarşısında gördüyü işlər çox böyükdür. Nə qədər nəsillər dəyişsə də, insanlar həmişə onun haqqında millətin atası, ümummilli lider, görkəmli şəxsiyyət, dahi azərbaycanlı kimi danışacaqlar. Onun adı ölümsüzdür, o, artıq Azərbaycan tarixinin ayrılmaz hissəsidir.

 

Çinarə Fərəcova – Zərdab şəhər 1 saylı məktəb-liseyin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki