image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-557711748_1357714289041679_5877473433056157850_n

Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir

image-legitimaz-810x90

Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir

Azərbaycan bu məqsədlərin beynəlxalq səviyyədə təmin edilməsində də fəal rol oynayır, bir çox ölkələrin enerji təhlükəsizliyində özünü etibarlı və əvəzolunmaz tərəfdaş kimi təsdiqləyib. 14 ölkəyə təbii qaz ixracını şaxələndirməklə boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr sırasında Azərbaycan birinci yerdədir.

TDT çərçivəsində müdafiə sənayesi sahəsində çoxtərəfli əməkdaşlığı genişləndirmək məramının bəyan olunması isə Türk dövlətlərinin hərbi potensialının artırılması və qarşılıqlı mübadilənin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin bəyan etdiyi kimi, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə türk dövlətləri arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir.

Dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanmaqla və 2023-cü ildə qətiyyətli antiterror tədbirləri nəticəsində öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməklə tarixi nailiyyətə imza atan Azərbaycanın milli iradəsinin və əzmkar mübarizəsinin təntənəsi olan bu siyasi-hərbi amil bölgədə ədalətin, sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfə verməkdədir.

Məhz bu çağırışlara və strateji çərçivəyə əsaslanmaqla Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyə ilə hərbi əməkdaşlığın mövcudluğu türk dünyası üçün nümunəvi model hesab oluna bilər. Ələlxüsus da, iki qardaş dövlətin imzaladığı Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə hərbi əməkdaşlığını zirvəyə çatdırıb.

Təkcə son bir ildə Azərbaycanla Türkiyə birgə 25-dən artıq ikitərəfli və çoxmillətli hərbi təlimlərdə iştirak edib ki, bu da iki qardaş dövlətin hərbi-müdafiə qabiliyyətinə böyük töhfə vermiş olur.

Məhz bu sarsılmaz hərbi təməllərə söykənərək Müzəffər Ali Baş Komandanımız türk dövlətlərinin güclü təhlükəsizlik landşaftını formalaşdırmaq məqsədilə 2026-cı ildə  Azərbaycanda TDT-yə üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif etdi. Bu təlimlər hərbi əməkdaşlıq sahəsində inteqrasiyanı dərinləşdirməklə TDT-yə üzv ölkələrin silahlı qüvvələrinin döyüş potensialını və müdafiə əzmkarlığını gücləndirəcək, regionda təhlükəsizliyin möhkəmlənməsində vacib rol oynayacaqdır.

Beləliklə, türk dünyasının tarixi sivilizasiya mərkəzi olan Qəbələdə keçirilən TDT-nin Zirvə Görüşündə Liderlərin səsləndirdikləri fikirlər, qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, böyük rifaha və təhlükəsizliyə əlavə töhfələr verəcəkdir.

 

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki