image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-kiyev-yeni

Sülh planı: Ukrayna bu tarixə kimi AB üzvü olacaq…

image-legitimaz-810x90

ABŞ-ın vasitəçiliyi ilə aparılan sülh danışıqlarında müzakirə olunan sürətli plan çərçivəsində Ukrayna 1 yanvar 2027-ci ilə qədər Avropa Birliyinə üzv ola bilər.

Xeberaz.info xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti yazıb.

Qeyd olunub ki, bu addım blokun üzvlük prosedurlarının yenidən yazılmasını tələb edəcək.

Sənədin məzmunu ilə tanış olan mənbələrə görə, bu addım Brüsselin dəstəyi ilə ABŞ və Ukrayna rəsmiləri tərəfindən müzakirə edilən sülh təklifinin son layihəsində öz əksini tapıb.

Həmçinin bildirilib ki, Ukraynanın AB-yə üzvlüyü üçün ABŞ-ın da dəstəyi olacaq:

“ABŞ Prezidenti Donald Tramp Ukraynanın Avropaya inteqrasiya prosesini indiyə qədər dayandıran Macarıstanın Baş naziri Viktor Orbana vetosunu ləğv etməyi və Kiyevin siyasi təsdiq prosesinə başlamasına icazə vermək üçün tapşırıq verəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki