image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1683358771_4186_1623406766

Su mənbələri hər bir ölkə üçün önəmlidir

image-legitimaz-810x90

Su mənbələri hər bir ölkə üçün önəmlidir.

Su ehtiyatları hər bir dövlət üçün strateji əhəmiyyət daşıyan, milli təhlükəsizlik, sosial rifah və davamlı inkişaf anlayışları ilə birbaşa bağlı olan əsas resurslardan biridir. Xüsusilə iqlim dəyişikliklərinin sürətləndiyi, əhalinin artdığı və urbanizasiya proseslərinin dərinləşdiyi müasir dövrdə su təhlükəsizliyinin təmin edilməsi dövlətlərin qarşısında duran ən mühüm vəzifələrdən biri hesab olunur. Azərbaycan Respublikasında su təchizatı, tullantı və yağış sularının idarə olunması sahəsində həyata keçirilən sistemli və məqsədyönlü siyasət xüsusi əhəmiyyət kəsb edir. Son 20 ildə infrastruktur sahəsində əldə olunan nailiyyətlər Son iyirmi il ərzində Azərbaycanda genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində ölkəninsosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələ formalaşmışdır. Su və kanalizasiya sistemləri sahəsində aparılan ardıcıl islahatlar mühüm rol oynamışdır. Nəticə Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı sistemlərinin təkmilləşdirilməsi su təhlükəsizliyinin möhkəmlənməsinə, əhalinin həyat keyfiyyətinin yüksəlməsinə və ekoloji tarazlığın qorunmasına xidmət edir. Cənab Prezident İlham Əliyevin sədrliyi ilə ilə yanvarın 12-də “Bakı şəhəri və Abşeron yarmadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunan müşavirədə cənab Prezident konkret olaraq görüləcək işlər barəsində danışdı. Cənab Prezident surətli şəkildə yenidən qurulan avtomobil yollarının gələcək illərdə daha geniş, daha surətli şəkildə yenilənməsi və təmir olunmasından, ölkəmizin əm ucqar yaşayış məskənlərinin belə mavi yanacaqla təmin edilməsindən, Bakı şəhəri və Abşeron yarmadası başda olmaqla yaşayış məntəqələrinin su təchizatının təkmilləşdirilməsindən və ümumi olaraq insanların həyat və rifah hallarının yüksəldilməsindən söz açdı. Ali Baş Komandan İlham Əliyev eyni zamanda 500 milyon kubmetrdən çox potensialı olan su anbarlarının inşa edilməsini vurğuladı. Son iyirmi ildə inşa edilmiş su anbarları ölkəmizin paytaxtı Bakı şəhərinin su təminatdında mühüm rol oynayır. Eyni zamanda cənab Prezident 30-a yaxın yeni su anbarının tikiləcəyini diqqətə çatdırdı. Bundan əlavə ölkəmizdə duzsuzlaşdırma zavodunun inşa ediləcəyi və paralel olaraq yağış sularından gələcəkdə müntəzəm istifadə olunacağı, eyni zamanda dənizə buraxılacaq suların təmizlənəcəyi müşavirə zamanı ölkə başçısı tərəfindən vurğulandı. Ümumi olaraq vurğulamaq olarki, ölkəmizin qarşısında duran gələcək məqsədlər təkcə regional deyi, eyni zamanda iqlm dəyişikliyi, qlobal istiləşməyə qarşı mübarizə, ətraf mühitin qorunması kimi beynəlxalq məqsədlərdir. Bu məqsədlərə nail olmaq, təkcə ölkəmiz üçün deyil dünyamızın təhlükəsizliyi, gələcək nəsillərə daha gözəl, daha təbii bir ölkə, bir dünya, bir planet bəxş etmək üçün Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməli, bir vətəndaş mövqeyindən çıxış edərək üzərimizə düşən vəzifə və öhdəlikləri icra etməliyik.

 

Əlvənd kənd tam orta məktəbin direktoru E. Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki