ABŞ-ın sülh planında Ukrayna ordusunun sayının 800 min nəfər müəyyən edilməsi Kiyevin səfərbərlik imkanlarını məhdudlaşdırmır.
Xeberaz.info xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski açıqlayıb. Onun sözlərinə görə, sözügedən rəqəm təkcə Rusiyanın mümkün təkrar təcavüzü halında Ukraynanın adekvat cavab verməsini deyil, eyni zamanda planlı səfərbərlik prosesinin davam etdirilməsini də nəzərdə tutur.
Baş komandan vurğulayıb ki, bu çərçivədə Ukraynanın hərbi potensialı zəiflədilmir: “Bütün səfərbərlik göstəricilərimiz və imkanlarımız tam şəkildə qorunur”, – deyə Sırski bildirib.
Onun sözlərinə görə, sülh planında göstərilən ordu sayı Ukraynanın müdafiə qabiliyyətini zəiflətmir və Silahlı Qüvvələrin formalaşdırılması ilə bağlı strateji planlara təsir göstərmir.


























