İsveçrədə buzlağın əriməsindən sonra 34 il əvvəl itkin düşən belçikalı alpinistlərin cəsədləri tapılıb.
Xeberaz.info xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Polisin məlumatına görə, iki alpinistin cəsədi avqustun 19-da İtaliya sərhədinin yaxınlığında tapılıb. Bu, Trift buzlağının əriməsindən sonra mümkün olub. Cəsədlər identifikasiya üçün Syondakı Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna aparılıb.
“Kanton polisi bildirib ki, DNT profillərinin birbaşa müqayisəsi nəticəsində qalıqların 1992-ci ildə Vaysmi rayonunda itkin düşən iki alpinistə məxsus olduğu rəsmi şəkildə müəyyən edilib”, – deyə açıqlamada bildirilir.
Qeyd olunur ki, iki kişi Belçika vətəndaşı olub və itkin düşdükləri zaman onların müvafiq olaraq 39 və 41 yaşları olub. Buzlaqlar geri çəkildikcə bəzən onilliklər əvvəl dağlarda itkin düşən insanların qalıqları aşkar edilir.


























