image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-ec221372542951ded3e580a19585ee7a

Şəmkirdə avtomobil aşıb, ölən və xəsarət alanlar var

image-legitimaz-810x90

Şəmkirdə avtomobil aşıb, ölən və xəsarət alanlar var.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Şiştəpə kəndində qeydə alınıb.

1992-ci il təvəllüdlü Anar Atakişizadənin idarə etdiyi “KİA” markalı avtomobilinin aşması nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü İntiqam Atakişiyev aldığı xəsarətdən ölüb.

Şiştəpə kənd sakinləri, 1993-cü Orxan Atakişiyev, onun həmyaşıdı Cəmil İbadullayev müxtəlif xəsarətlər alıb və Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki