image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-mersedes-qeza

Salyanda şirkət maşını qəzaya düşdü: ölən var

image-legitimaz-810x90

Salyanda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Xeberaz.info  xəbər verir ki, hadisə rayonun Noxudlu kəndi ərazisində qeydə alınıb.

Belə ki, şirkətlərdən birinə məxsus yük maşını ilə “Mersedes” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində 1978-ci il təvəllüdlü Daşqın Aydın oğlu Zalıyev hadisə yerində ölüb.

Daha iki nəfər, yük maşınının sürücüsü, Şirvan şəhər sakini, 1995-ci il təvəllüdlü Şükran Həşim oğlu Həsənəliyev və Salyan sakini, 1977-ci il təvəllüdlü Alik Əlifağa oğlu Babayev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki