image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1756626544-1752470237_1752407984_nocomment_415b7b945d594e72b95aaaa1de8afe4b_9jl5xb1rfmavh3y0ui8c

Salyanda maşın aşıb, ölən və yaralılar var

image-legitimaz-810x90

Salyan rayonunda hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb.

Xeberaz.info xəbər verir ki, hadisə rayonun Dayıkənd kəndi ərazisində baş verib.

Belə ki, qəza nəticəsində rayonun Arbatan kənd sakinləri – 1991-ci il təvəllüdlü Rüstəmov Həsən Rafət oğlu, 1976-cı il təvəllüdlü Məhərrəmov Taleh Əkbər oğlu; Salyan şəhər sakinləri – 2006-cı il təvəllüdlü Yaqubova Lalə Fikrət qızı, 2023-cü il təvəllüdlü Əhmədov Miryusif Mirəli oğlu, 1958-ci il təvəllüdlü Yaqubova Bəsirə Sabir qızı və Yaqubova Xalidə Sabir qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan Xalidə Yaqubovanın həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki