image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-qeza-mersedes

Salyanda ağır qəza: ölən var

image-legitimaz-810x90

Salyanda yol-nəqliyyat hadisəsi olub.

”Xeberaz.info” xəbər verir ki, avtoqəza rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mersedes” və VAZ-2107 markalı avtomobillər toqquşub.

Nəticədə Salyanın Şəkərli kənd sakini, 1955-ci il təvəllüdlü Qəribxan Yunus oğlu Qəfərov hadisə yerində ölüb.

Digər iki sərnişin – 1962-ci il təvəllüdlü Şahlar Bolşevik oğlu Rzayev və 1982-ci il təvəllüdlü Sevinc Əlhüseyn qızı Qasımova isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki